• cümə, 19 Aprel, 22:44
  • Baku Bakı 24°C

Dövriyyə 7 milyarda yüksəldi

31.01.19 15:25 578
Dövriyyə 7 milyarda yüksəldi
2018-ci ildə dünya futbolunda transfer xərcləri ilə bağlı hesabat dərc olunub.
Kaspi.az xəbər verir ki, hesabat FİFA-nın saytında yayılıb. 2018-ci ildə klublar transferlərə 7,03 milyard dollar xərcləyiblər. Bu da 2017-ci ilin göstəricisindən 10,3 faiz çoxdur.
31 klub transferlərə 50 milyon dollardan çox vəsait xərcləyib. Vəsaitin 78,2 faizi UEFA bayrağı altında çıxış edən klublara məxsusdur.
İl ərzində 16533 transfer əməliyyatı həyata keçirilib ki, bu da bir il əvvəlkinə nisbətən 5,6 faiz çoxdur. Ən çox braziliyalı futbolçular transfer edilib – 1753. İkinci yerdə argentinalı (891), üçüncü yerdə britaniyalı (693) futbolçulardır.
banner

Oxşar Xəbərlər