• cümə, 29 Mart, 12:49
  • Baku Bakı 14°C

Dövlətimizin başçısı mədəniyyət sahəsinin inkişafını hər zaman diqqətdə saxlayır

08.03.19 10:22 606
Dövlətimizin başçısı mədəniyyət sahəsinin inkişafını hər zaman diqqətdə saxlayır
Prezident İlham Əliyevin martın 1-də bir qrup mədəniyyət xadimləri ilə keçirdiyi geniş miqyaslı görüşü bütün mədəniyyət xadimlərinin, teatr ictimaiyyətinin, xüsusən də biz teatr işçilərinin çoxdan gözlədiyi görüş idi. Biz vaxtilə ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi çoxsaylı görüşlərin və həmən görüşlərdə qaldırılan problemlərin necə istək və məhəbbətlə həll olunduğunun çox şahidi olmuşuq.
AZƏRTACxəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin MəhərrəmovAZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində deyib.
O, dövlət başçısının mədəniyyət xadimləri ilə görüşünün öz xarakter və formatına görə, bir anlıq Ulu Öndərin keçirdiyi görüşləri xatırlatdığını vurğulayıb.
"Bu görüşdə bir neçə incəsənət xadiminin, xüsusən də Xalq artistləri Afaq Bəşirqızı və Fərhad Bədəlbəylinin mədəniyyət sahəsində çoxdan yığılıb qalmış, həlli vacib olan problemlər haqqında açıq və sərbəst çıxışları hamımızın ürəyincə oldu. Həqiqətən də teatrda maaşların azlığı, teatr işçılərinin mənzil problemləri, bölgə teatrlarının kateqoriyalarının aşağı olması teatrların özünü tam dolğunluğu ilə ifadə etməsinə çoxlu maneələr yardır. Budur artıq üç gündən sonra Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alan dövlətimizin başçısı, sənət ocaqlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə, onların inkişafı üçün 1.8 milyon manat, o cümlədən bizim teatra da 100 min manat vəsait ayırıb. Baxın bu dövlətin yaradıcı insanlara daha bir diqqətinin təzahürüdür”, - deyə baş rejissor söyləyib.
O əlavə edib ki, görüşdə ən çox diqqəti cəlb edən Prezidentin incəsənət xadimlərinin çoxsaylı çıxışlarını səbr və böyük istəklə dinləməsi oldu: "Prezident səsləndirilən hər bir xahiş və məsləhətləri bir- bir dəftərçəsinə qeyd edərək, sonda isə heç birini unutmadan tezliklə həll olunacağına söz verdi. İnanırıq ki, görüşdə səsləndirilən bütün məsələlər tezliklə ölkə rəhbərinin sərəncamlarında öz əksini tapacaq və biz teatr işçiləri də göstərilən bu etimadı doğruldaraq daha böyük yaradıcılıq şövqü ilə xalqımızın mənəvi inkişafına öz töhfəmizi verəcəyik. Şəxsən öz adımdan və uzun müddət çalışdığım Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”.
banner

Oxşar Xəbərlər