• cümə, 19 Aprel, 04:24
  • Baku Bakı 18°C

Dövlətə xəyanətdə ittiham olunan hərbçi və mülki şəxslərin cinayət işi məhkəməyə göndərilib

11.01.18 15:15 841
Dövlətə xəyanətdə ittiham olunan hərbçi və mülki şəxslərin cinayət işi məhkəməyə göndərilib
Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb.
APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğunda istintaq ediləncinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarıBakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.
Qeyd edək ki, ötən il mayın 7-dəBaş Prokurorluq, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanaraq,Baş Prokurorluq, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər