AZE | RUS | ENG |

Dövlət tərəfindən din xadimlərinə maddi dəstək davamlı olacaq

Dövlət tərəfindən din xadimlərinə maddi dəstək davamlı olacaq
Hesab edirəm ki, dövlətdən maddi dəstək alan din xadimlərinə bu vəsaitin verilməsi davamlı olacaq.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, dövlətdən maddi dəstək alan din xadimləri üçün maddi vəsaitin artırılması hələlik nəzərdə tutulmur:

"Məlumdur ki, maddi dəstək məscidlərdə çalışan üç kateqoriyaya aid din xadimlərinə verilir. Bu vəsait əməkhaqqı yox, maddi dəstəkdir. Hər məsciddə bir, böyük məscidlərdə isə iki din xadiminə bu vəsait verilir. Qafqaz Müsəlmanları İdarəsinin təsdiqlədiyi din xadimlərinin sayı çox ola bilər, lakin maddi dəstək hər təyin olunan din xadiminə verilmir. Bu, yalnız məsciddə çalışan və təyin olunan din xadimlərinə verilir".

M.Qurbanlı əlavə edib ki, məscidlərdə çalışan din xadimləri maddi baxımdan təmin edilməlidir: "Bu, dünyanın hər yerində belədir. Azərbaycanda da belə etməliyik. Ona görə ki, onların maddi dəstəyə ehtiyacı var. Maddi dəstək olmayanda müəyyən problemlər yarana bilər".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311