• cümə axşamı, 25 aprel, 09:02
  • Baku Bakı 14°C

Dövlət telekanalları gələn aydan “Azerspace-1“ ilə yayımlanacaq

18.06.13 15:13 1473
Dövlət telekanalları gələn aydan “Azerspace-1“ ilə yayımlanacaq
Dövlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaqlar. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.
Hazırda bu telekanalların yayımı "Azerspace/Africasat-1a" peyki vasitəsilə test rejimində həyata keçirilir. Mənbə bildirib ki, Azərbaycanın digər telekanalları ilə müqavilənin imzalanmasına dair danışıqlar davam edir və ilkin olaraq onların "Azerspace/Africasat-1a" peyki ilə yayımı yaxın iki ay ərzində təşkil ediləcək.
banner

Oxşar Xəbərlər