• cümə, 29 Mart, 16:28
  • Baku Bakı 14°C

Dövlət Statistika Komitəsinin sədri vəfat etdi

23.06.14 08:03 353
Dövlət Statistika Komitəsinin sədri vəfat etdi
Məlumatı “APA-Economics”ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.
Bildirilib ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.
Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
İki övladı var.
banner

Oxşar Xəbərlər