• çərşənbə axşamı, 23 aprel, 14:23
  • Baku Bakı 24°C

Dövlət qurumunun Əli İnsanovla bağlı şikayəti təmin edilib

25.09.13 09:23 1447
Dövlət qurumunun Əli İnsanovla bağlı şikayəti təmin edilib
APA-nın Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv olunub. Məhkəmə qərarında iddianın təmin edilməsinin qeyri-mümkün olduğu qeyd edilib.
Qeyd edək ki, Ə. İnsanov həbs edilən zaman evindən götürülən sənədlərə dair çıxarışların dublikatının verilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.
Həmin qərardan narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib.
banner

Oxşar Xəbərlər