• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

20.06.17 16:51 1091
Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsahibələr ödənişsiz olacaq.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə AbbaszadəAPA-ya deyib ki, müsahibənin keçirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında” qanuna edilən müvafiq dəyişikliklər layihəsiMilli Məclistərəfindən bu yaxınlarda qəbul edilib.

Onun sözlərinə görə, dəyişikliyə əsasən, müsahibə qrupunun tərkibi 3 nəfərdən ibarət olacaq, onlardan biri müvafiq dövlət orqanının, biri Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, biri isə müstəqil ekspert olacaq.

M.Abbaszadə qeyd edib ki, müsahibə barədə elan Dövlət İmtahan Mərkəzinin və müvafiq dövlət orqanının internet portalında veriləcək: "Müsahibələr ödənişsiz olacaq. Yardımçı vəzifələr üzrə müsabiqələr keçirilməyəcək. Qeyd edilən qanun qüvvəyə mindikdən sonra müsahibələrin keçirilməsi qaydasının təsdiq edilməsi gözlənilir və həmin qaydalarla müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası tənzimlənəcək”.
banner

Oxşar Xəbərlər