• çərşənbə axşamı, 16 aprel, 19:49
  • Baku Bakı 18°C

Dövlət qulluqçularını aparan avtobusu partlatdılar: 16 ölü...

27.09.13 12:18 1160
Dövlət qulluqçularını aparan avtobusu partlatdılar: 16 ölü...
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin paytaxtı Pişəvərdə şəhər administrasiyasının əməkdaşlarının olduğu avtobus partladılıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, hadisə nəticəsində ən azı 16 nəfər həlak olub, 30-dan çox adam yaralanıb.
Hazırda polis olay yerində araşdırma aparır. Terror aktına görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
banner

Oxşar Xəbərlər