• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb

10.02.18 09:40 721
Dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməkhaqları 4 faiz artırılıb
Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb. Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib.
"Report” xəbər verir ki, bu barədə qərarı Baş nazirArtur Rasi-zadəimzalayıb.
Qərara görə, əməkhaqqı artımı 4 faiz təşkil edib. Yəni, bunadək 125 manat alan sözügedən vəzifə sahibləri yanvarın 1-dən etibarən 130 manat alacaqlar.
Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər