• cümə, 19 Aprel, 00:45
  • Baku Bakı 18°C

Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək

23.11.16 20:08 1155
Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək
Azərbaycanda yoxlama zamanı dövlət orqanlarına təhrif olunmuş, yanlış məlumatın verən sahibkarlar cərimələnəcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanına yoxlama zamanı təhrif olunmuş, yanlış məlumatın verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadəkməbləğdəcərimə ediləcəklər.
banner

Oxşar Xəbərlər