• cümə, 19 Aprel, 07:21
  • Baku Bakı 13°C

“Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” adlı simpozium keçiriləcək

27.09.16 11:45 886
“Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” adlı simpozium keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabrın 15-də Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi və Mərmərə Universiteti fənn-ədəbiyyat fakültəsi tarix bölümü ilə birlikdə "Dövlət müstəqilliyinin 25-ci ilində Azərbaycan: uğurlar və inkişaf perspektivləri” adlı simpozium keçirəcək.APA-nın məlumatına görə, simpoziumda Azərbaycanın müstəqilliyini əldə etdikdən bu günə qədər dövlətin müxtəlif sahələrdə siyasəti Türkiyə və Azərbaycandan gələn alimlərin iştirakı ilə müxtəlif aspektlərdən müzakirə ediləcək.

Azərbaycanın xarici, təhlükəsizlik, iqtisadi siyasəti, bölgə dövlətləri ilə münasibətləri ələ alınacaq simpozium elm, təhsil, araşdırma mərkəzləri və jurnalistlər üçün maraq doğuracaq. Sempoziumda dövlət rəsmiləri də iştirak edəcəklər.

Tədbirdə Qazi Universiteti iqtisadi və idari elmlər fakültəsi beynəlxalq münasibətlər bölümündən professor Haydar Çakmak "Azərbaycanın milli təhlükəsizliyində Ermənistan amili və Türkiyə”, siyasi elmlər doktoru Nazim Cəfərsoy "Azərbaycan-İran münasibətləri”, Memar Sinan gözəl sənətlər universiteti fən-ədəbiyyat fakültəsi tarix bölümündən professor Nesrin Sarıahmetoğlu "Dağlıq Qarabağın gələcəyinə yönəlik nəzəriyyələrə terminoloji baxış”,Milli MəclisAparatının Analitik informasiya şöbəsinin baş məsləhətçisi İlham Həsənov "Azərbaycan Respublikası, Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” Mərmərə universiteti Türkiyyat araşdırmaları institutu müdiri, professor Okan Yeşilot "Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti”.Milli MəclisAparatının Analitik informasiya şöbəsinin müdir müavini, siyasi elmlər doktoru Hatəm Cabbarlı, "Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri”, Akdəniz Universiteti iqtisadi və idari elmlər fakültəsi beynəlxalq münasibətlər bölümündən professor Şenol Kantarcı. "Türkiyə-Azərbaycan münasibətlərinin psixosiyasəti”, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələləri təhlili şöbəsinin müdiri, siyasi elmlər doktoru Cavid Vəliyev "Azərbaycanın bölgə siyasəti: nailiyyətlər və hədəflər” mövzusunda məruzələr edəcəklər. "Simpozium "Ambassador otel”də keçiriləcək.
banner

Oxşar Xəbərlər