• çərşənbə axşamı, 23 aprel, 22:57
  • Baku Bakı 20°C

Dövlət Müstəqilliyi Günü münasibətilə Orduda silsilə tədbirlər keçirilib

18.10.18 21:38 601
Dövlət Müstəqilliyi Günü münasibətilə Orduda silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib.
Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizon Zabitlər Evinin, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.
banner

Oxşar Xəbərlər