• şənbə, 20 Aprel, 00:04
  • Baku Bakı 15°C

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi xüsusiyyətləri müəyyənləşib

10.05.18 11:50 549
Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi xüsusiyyətləri müəyyənləşib
Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı "Torpaq icarəsi haqqında" qanuna dəyişiklik təklif olunub.Milli Məclisin Aqrar Siyasət komitəsində müzakirəyə çıxarılan sənədə əsasən, qanuna 10-1 maddəsinin əlavə olunması təklif edilir.
Təklifə əsasən, dövlət mülkiyyətində olan bu torpaqları icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana ərizə ilə müraciət edəcək.Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstəriləcək.
Həmin orqan təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə 10 gün müddətində baxmalıdır.
İmtina üçün əsaslar olmadıqda icarə müqaviləsini bağlamağa razılıq almaq üçün 2 gün müddətindəmüvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana göndərəcək.

Bu orqan da 15 gün ərzində torpağın icarəyə verilməsinə razılıq verəcək.

Layihə MM-in plenar iclasına tövsiyə olunub.
banner

Oxşar Xəbərlər