• çərşənbə axşamı, 16 aprel, 15:34
  • Baku Bakı 19°C

Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyəti ilə görüşüb

16.03.17 21:03 587
Dövlət Miqrasiya Xidmətinin rəisi BP şirkətinin nümayəndə heyəti ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
F.Nəbiyev BP şirkətinin nümayəndələri ilə əvvəllər keçirilmiş görüşlərini xatırladaraq bildirib ki, aparılmış müzakirələr mövcud problemlərin həll edilməsi istiqamətində müstəsna rol oynayıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şirkətlə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, milliləşmə siyasəti ilə bağlı əldə olunan nəticələrə toxunulub və bu əməkdaşlıq sayəsində ötən illər ərzində BP-də çalışan Azərbaycan vətəndaşlarının sayının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb.
Xidmət rəisi qanunvericilik çərçivəsində şirkətə mümkün dəstəyin verildiyini və gələcəkdə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayının daha da artacağına ümidvar olduğunu bildirib. Bu tendensiyanın illik planlara uyğun olaraq davam etməsinin zəruriliyini vurğulayıb və bu prosesə diqqət ayırılmasını məmnunluq hissi ilə qeyd edib. F.Nəbiyev razılıq hissi ilə deyib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.
Qordon Birrell BP-nin əməliyyatları çərçivəsində Azəbaycanın ən önəmli ölkə olduğunu və dünyada baş verən iqtisadi böhranın Azərbaycanda neft sahəsində həyata keçirilən layihələrə təsirinin olmadığını bildirib. Hazırda tutduğu vəzifədə fəaliyyətinin başa çatdığını deyən Q.Birrel BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yeni təyin olunmuş prezidenti Gerri Consu təqdim edib.
Xidmət rəisi Firudin Nəbiyev Gerri Consu təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
G.Cons fəaliyyəti dövründə mövcud əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər