• çərşənbə, 24 Aprel, 09:34
  • Baku Bakı 13°C

“Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək”

17.05.18 11:45 1158
“Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək”
"Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.
APA-nın məlumatına görə, bunuDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. V. Hüseynov deyib ki, bütün narahatlıq və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək: "Kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. Cənab prezidentin tapşırıqlarını icra etməyə qadir olan, bilik və bacarıqlı kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”.
banner

Oxşar Xəbərlər