AZE | RUS | ENG |

“Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək”

“Dövlət Miqrasiya Xidmətində kadr islahatları davam edəcək”
"Vətəndaşların bizə olan şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.
 
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. V. Hüseynov deyib ki, bütün narahatlıq və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək: "Kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. Cənab prezidentin tapşırıqlarını icra etməyə qadir olan, bilik və bacarıqlı kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifadə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000