• cümə, 29 Mart, 05:27
  • Baku Bakı 7°C

Dövlət Miqrasiya Xidmətində İran səfiri ilə görüş olub

17.11.16 16:49 797
Dövlət Miqrasiya Xidmətində İran səfiri ilə görüş olub
Noyabrın 17-dә Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İran İslam Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Cavad Cahangirzadә ilә görüşüb. Xidmət rəisiqonağıölkәmizәsәfir tәyin olunması münasibәtilә tәbrik edib, dövlәt başçıları tәrәfindən Azәrbaycan­ İran әlaqәlәrinin inkişafı sahәsindә hәyata keçirilәn tәdbirlәrdәn danışıb.İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.Ölkədə, o cümlədən respublikanın ayrı-ayrı regionlarında gedən inkişafa toxunub, Azərbaycanın turizm potensialına diqqət çəkib.
Miqrasiya sahəsində əməkdaşlığın daha da səmərəli şəkildə həyata keçirilməsi barədə söhbət açan Xidmət rəisi əcnəbi iş adamlarına Azərbaycanda çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. F.Nəbiyev bildirib ki, Miqrasiya Məcəlləsində də Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər kifayət qədər sadələşdirilib. Bu da əcnəbilərin Azərbaycanda iş qurmaları üçün yeni imkanlar açıb. Xidmət rəisi iranlı iş adamlarının da bu imkanlardan daha geniş şəkildə istifadə edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən Cavad Cahangirzadə ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını, ölkәlәrimiz arasında bütün sahələrdə, o cümlədən miqrasiya sahəsində dəәlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qeyd edib ki, sabitlik, din və dil yaxınlığına görə Azərbaycana gələn İİR vətəndaşlarının sayında artım var.
Görüşdə, həmçinin miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər