AZE | RUS | ENG |

Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi” açılıb

Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi” açılıb
Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında "Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılış mərasimi keçirilib. Yay məktəbində Avropanın 17 ölkəsindən olan 100 xarici hüquqşünas tələbə iştirak edir.
DMX-dən bildiriblər ki, mərasimdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılışı münasibətilə iştirakçılara təbriklərini çatdırıb və tədbirin DMX-də keçirilməsindən məmnunluğunu ifadə edib. Avropalı tələbələrin bu səfərinin ümumilikdə ölkəmiz haqqında, Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat almaq baxımından da yaxşı imkan olduğunu deyən V.Hüseynov iştirakçıların respublikamızda təşkil edilmiş yay məktəbindən razı qalacaqlarına əminliyini diqqətə çatdırıb. Bu platformanın əhəmiyyətini vurğulayan Xidmət rəisi artıq dördüncü dəfə Bakıda təşkil edilən layihənin səmərəsindən bəhs edib.
V.Hüseynov açılış mərasiminin mövzusu olan "Azərbaycanın açıq hökumət modeli: Miqrasiya sahəsində şəffaflıq və açıq hökumət prinsipləri”nin fəlsəfəsi, hüquqi bazası, praktik əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Açıq hökumətin prinsiplərinə və qanunvericiliyə uyğun olaraq DMX tərəfindən ölkəmizə gələn əcnəbilər üçün miqrasiya ilə bağlı prosedurların sadələşdirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. "İstər turist kimi, istərsə də işgüzar səfərə getmək istəyən şəxsin ilk olaraq maraqlandığı məsələlərdən biri də təyinat ölkənin miqrasiya qaydaları olur”, - deyən Xidmət rəisi ölkəmizdə miqrasiya xidmətlərinə rahat çıxış əldə etmək imkanlarını təmin etmək üçün həyata keçirilən islahatlar və tətbiq olunan son yeniliklərdən söhbət açıb.
"Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın Azərbaycan nümayəndəliyinin – "ELSA Azərbaycan”ın vitse-prezidenti Çinarə Qasımova bildirib ki, Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA-ya üzv olub. Azərbaycanlı hüquqşünas tələbələr bu təşkilatın dəstəyi ilə xaricdə təcrübə keçiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli "ASAN xidmət” modeli haqqında geniş təqdimatla çıxış edib, "ASAN Viza”nın imkanlarından, yaratdığı məmnunluqdan danışıb.
DMX-nin beynəlxalq əməkdaşlıq idarəsi rəisinin müavini Ülvi Əliyev Azərbaycanda miqrasiya idarəçiliyinə dair təqdimatla çıxış edib.
Açılış mərasimində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176