• cümə axşamı, 18 aprel, 22:34
  • Baku Bakı 21°C

Dövlət Komitəsinin sədri: Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır

13.04.19 19:00 541
Dövlət Komitəsinin sədri: Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan bazar günü məktəbində olub.
AZƏRTACxəbər verir ki, Dövlət Komitəsinin nümayəndə heyəti diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə birgə ümummilli lider Heydər Əliyevin akademiyadakı büstü önünə tər çiçəklər düzüblər.
Sonra F.Muradov Azərbaycan bazar günü məktəbində yaradılan şəraitlə tanış olub, dərs prosesini izləyib. Bildirilib ki, Ukraynada yaşayan soydaşlarımızın doğma dilimizdə biliklərini artırmaq üçün şagirdlərə ana dili, tariximiz öyrədilir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana miras qoyduğu təhsil strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən komitə sədri bildirib ki, Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır. Soydaşlarımızın Azərbaycan dili məktəblərinə cəlb edilməsinin kütləviliyi təmin olunmalıdır. "Azərbaycan dili məktəblərində hansı dərsliklər çatmırsa, siyahı tutulsun, komitə tərəfindən yardım ediləcək”, - deyə sədr əlavə edib.
Sonda Dövlət Komitəsi tərəfindən məktəbə dərs ləvazimatları, kompüter hədiyyə edilib.

banner

Oxşar Xəbərlər