Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir
Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari
ilin 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi
üzrə 2-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə iyulun 15-dən 21-dək Amerika
Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olacaq.
Sözügedən tədbirdə DQİDK sədri Mübariz Qurbanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı, eləcə də konfrans çərçivəsində "Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır.
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.
Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.