• cümə, 19 Aprel, 10:17
  • Baku Bakı 13°C

Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib

12.05.18 14:00 590
Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib
AzərbaycanınDini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.
APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.
Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9733, nəqliyyat xərcləri üzrə 3043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.
banner

Oxşar Xəbərlər