• cümə axşamı, 18 aprel, 11:13
  • Baku Bakı 12°C

Dövlət Komitəsində Böyük Britaniyanın nümayəndə heyəti ilə görüş keçirilib

22.02.17 16:46 855
Dövlət Komitəsində Böyük Britaniyanın nümayəndə heyəti ilə görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Böyük Britaniyanın nümayəndə heyətini qəbul edib.
Görüşdə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Nikolson, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts, Ticarət və Enerji şöbəsinin müdiri xanım Jakui Mullen və digər qonaqlar iştirak edib.
Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ailə mühitinin qorunub saxlanması, məişət zorakılığının qarşısının alınması, müxtəlif sahələr üzrə qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Eyni zamanda, qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələr və bir sıra məsələlər müzakirə edilib. O, ölkəmizdə qadın sahibkarlığının inkişafı, onlara dövlət tərəfindən dəstəyin göstərilməsini vurğulayaraq, bu sahədə Böyük Britaniya təcrübəsindən yararlanmağın faydalı olacağını diqqətə çatdırıb. Hicran Hüseynova Dövlət Komitəsi ilə Böyük Britaniya arasında gələcək əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb edəcəyini bildirib.
Xanım Baronessa Nikolson Azərbaycanda uşaqlara göstərilən diqqət və qayğı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların sosial, iqtisadi və digər sahələrə cəlb olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, Böyük Britaniyada müxtəlif sahələr üzrə aktiv fəaliyyət göstərən peşəkar sahibkarları Dövlət Komitəsinə təqdim edə bilər və təcrübə mübadiləsinə hazır olduqlarını qeyd edib.
Sonda ikitərəfli əməkdaşlıq çərçivəsində gələcək layihəlrə və tədbirlər müzakirə olunub.
banner

Oxşar Xəbərlər