• cümə, 19 Aprel, 23:40
  • Baku Bakı 24°C

Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib

15.01.18 18:13 423
Dövlət Komitəsi sədrinin qəbul gününün tarixi dəyişdirilib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcəkdir.
Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaqdır. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər