• çərşənbə, 24 Aprel, 15:40
  • Baku Bakı 27°C

Dövlət komitəsi müəssisələrə xəbərdarlıq etdi

16.04.14 11:10 1491
Dövlət komitəsi müəssisələrə xəbərdarlıq etdi
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədr müavini İlqar Muradov bildirib.
Onun sözlərinə görə, həmin müəssisələr haqqında böyük inzibati cərimələr tətbiq edilir: “Mütəmadi olaraq bu sahədə bilikləri, bacarıqları və zərurətləri əks etdirən məlumatları bölgələr vasitəsilə həmin müəssisələrə çatdırırıq”.
Komitə sədrinin müavini deyib ki, bu ilin əvvəllərində İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər olub: “Vaxtilə bu cür qanun pozuntularına yol verildiyi halda cərimələrin məbləği 200-250 manat idisə, artıq bu məbləğlər 1 500-3 000 manat civarındadır. Buna görə də müəssisələr bu hesabatların dərc olunmasının vacibliyini başa düşüblər. Bu istiqamətdə komitə ardıcıl olaraq fəaliyyətini davam etdirəcək”.
İ.Muradovun sözlərinə görə, Azərbaycanda qeyri-maliyyə səhmdar cəmiyyətlərinin 30%-dən azı öz fəaliyyətləri haqqında illik hesabatlar dərc edirlər: “Banklar və sığorta şirkətlərini çıxmaqla, səhmdar cəmiyyətlərinin cəmi 20-30%-i öz fəaliyyətləri haqqında qanunun tələb etdiyi kimi açıq hesabat verirlər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi daim bu problem üzərində, həmçinin müəssisələrə qanunun tələblərinə əməl edilməsi zərurəti haqqında məlumat verilməsi istiqamətində işləyir”.
banner

Oxşar Xəbərlər