• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi

29.01.14 08:48 1222
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.
Dövlət Komitəsi təəssüflə qeyd edir ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Dövlət Komitəsinə şifahi məlumatlar daxil olub, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb.
Hazırda qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Dövlət Komitəsi bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal Komitəyə məlumat versinlər.
banner

Oxşar Xəbərlər