• şənbə, 27 Aprel, 06:29
  • Baku Bakı 12°C

Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan etdi

16.04.14 16:12 1239
Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan etdi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.
Müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2014-cü il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.
Müsabiqənin qalibləri mükafatlandırılacaq.
banner

Oxşar Xəbərlər