• cümə axşamı, 28 mart, 18:38
  • Baku Bakı 13°C

Dövlət Komitəsi bir qrup məcburi köçkünün orta aylıq əmək haqları ilə bağlı keçirdiyi aksiyalara münasibət bildirib

22.11.17 15:10 2149
Dövlət Komitəsi bir qrup məcburi köçkünün orta aylıq əmək haqları ilə bağlı keçirdiyi aksiyalara münasibət bildirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsibir qrup məcburi köçkünün orta əmək haqlarının verilməsinin dayandırılması ilə bağlı keçirdiyi aksiyalara və Əlövsət Sadıqlının rəhbərliyi "Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradılmasına münasibət bildirib.
KomitədənAPA-ya bildirilib ki, Əlövsət Sadıqlı doğrudan məcburi köçkünlərin hüquqları ilə məşğuldursa,nə üçün məcburi köçkünlərinƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etməsi ilə məşğul olmur.
Dövlət Komitəsi nəzərə çatdırıb ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib: "Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, bu təbəqədən olan məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilib. Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə baxmayaraq guya "Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi” yaradaraq özünü onların "himayədarı” qismində aparan Əlövsət Sadıqlı bir qrup məcburi köçkünü də ətrafına toplayaraq, noyabrın 1-dəNazirlər Kabinetinin qəbul otağında yığışıb. Məsələ ilə bağlı onlara lazımi izahatlar verilib.Lakin Əlövsət Sadıqlı niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq öz facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi "Azad Söz” "Facebook” səhifəsində yerləşdirib, həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham edib və onlar haqqında təhqiramiz fikirlər səsləndirib. Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qrup şəxs noyabrın 15-də yenidənQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbul günündəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısına gəlib və burada şüarlar səsləndirərək aksiya təşkil etməyə cəhd göstəriblər. Onların müraciəti əsasında baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovhəmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşüb və onlara ətraflı izahatlar verib. Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün "Facebook” səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirib və həmin məsələlərə təhqiramiz "şərhlər yazan” şəxslərin fikirlərini paylaşıb. Əlövsət Sadıqlı özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq, dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər”.
Dövlət Komitəsi bildirir ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əmək haqqına heç bir aidiyyəti yoxdur: "Lakin Əlövsət SadıqlıAğdamrayon İcra Hakimiyyətini aldadaraq oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. HazırdaAğdamRayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb”.
banner

Oxşar Xəbərlər