• çərşənbə, 24 Aprel, 00:28
  • Baku Bakı 14°C

Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

02.02.17 15:45 1382
Dövlət Komissiyası ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.
KomissiyadanAPA-ya bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıbvə zəruri tədbirlər görülür.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək
banner

Oxşar Xəbərlər