• şənbə, 20 Aprel, 18:27
  • Baku Bakı 24°C

Dövlət kinematoqrafiyanın inkişafına böyük qayğı göstərir

07.03.19 15:30 642
Dövlət kinematoqrafiyanın inkişafına böyük qayğı göstərir
Azərbaycan dövləti kinematoqrafiyanın inkişafına böyük qayğı göstərir. Prezident İlham Əliyev tərəfindən cari il martın 1-də imzalanmış "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam bunun daha bir təzahürü oldu. Azərbaycanın kino xadimləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdardırlar.
AZƏRTACxəbər verir ki, bu fikri Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının üzvləri ilə keçirilən görüşdə İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova vurğulayıb.
Görüşdə milli kinematoqrafiyamızın hazırkı vəziyyəti, qarşıda duran planlar, kino sənətində ilk addımlarını atan rejissor və aktyorların dəstəklənməsi və digər məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər