• cümə, 19 Aprel, 17:41
  • Baku Bakı 25°C

"Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 116% əməl edib"

31.05.18 13:06 500
"Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 116% əməl edib"
Milli Məclisin bugünkü plenar iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib.
"APA-Economics" xəbər verir ki,Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə bütün iqtisadi təyinatlar üzrə vəsaitlərin xərclənməsi, o cümlədən sosial yönümlü xərclərin ildən-ilə artması öz əksini tapıb.
"Dövlət Gömrük Komitəsixətti ilə dövlət büdcəsinə 2,250 mlrd. manat proqnoza qarşı, 2,6 mlrd. manat vəsait daxil olub. Bununla da Komitə büdcə daxilolmalarına 116% əməl olunub. Son aylardaDövlət Gömrük Komitəsiidxal və ixrac olunan malların gömrük prosedurlarının sadələşdirilməsi, malın mənşə ölkəsinin düzgünlüyünə nəzarət nəticəsində dövlət büdcəsinə əlavə vəsaitin cəlb olunmasına nail olub. Azadolmaların həcminin sabit qalmasına baxmayaraq, büdcə daxilolmalarında xeyli dərəcədə irəliləyiş olub. Bütün bunlarDövlət Gömrük Komitəsi,Vergilər NazirliyivəMaliyyə Nazirliyinin birgə səyi nəticəsində mümkün olub” – deyə Z.Səmədzadə qeyd edib.
Vahid Əhmədov bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin icrasında diqqət çəkən müsbət məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin kəskin azalması, manatın məzənnəsinin qorunub saxlanmasıdır. "Buna baxmayaraq bəzi məqamlara diqqət çəkmək istəyirəm. Ölkədə 30 bank var və ötən il bu bankların yalnız 5-6-da kapitallaşma həyata keçirilib. Qalan banklarda biz kapitallaşmasının şahidi olmadıq. Demək olar ki, ötən il bankların sağlamlaşdırılması prosesi faktiki olaraq həyata keçirilməyib. Biz bank sistemində sağlamlaşdırmaya nail olmasaq, ÜDM-də ciddi problemlər yarana bilər,” – deyə V. Əhmədov bildirib.
banner

Oxşar Xəbərlər