• cümə, 19 Aprel, 06:11
  • Baku Bakı 13°C

Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən qanun qəbul olunub

12.02.19 16:15 596
Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən qanun qəbul olunub
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağan edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsinə öz əksini tapıb.
Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd 9 maddədən ibarətdir. Onun sözlərinə görə, bu qanun Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.
Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
banner

Oxşar Xəbərlər