• cümə axşamı, 18 aprel, 05:35
  • Baku Bakı 15°C

Dövlət Əmək Müfəttişliyində yeni rəis - Təyinat

14.03.14 09:11 1269
Dövlət Əmək Müfəttişliyində yeni rəis - Təyinat
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin APA-ya verdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəisi Fuad Rəhim oğlu Əlizadə olub.
F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.
banner

Oxşar Xəbərlər