• cümə, 29 Mart, 09:34
  • Baku Bakı 5°C

"Dövlət əlindən gələni edir ki, vətəndaşı xoşbəxt yaşasın"

20.05.20 12:52 429
"Dövlət əlindən gələni edir ki, vətəndaşı xoşbəxt yaşasın"
"Dövlət öz vətəndaşı üçün əlindən gələn yardımı edir ki, o da azad və müstəqil Azərbaycanın xoşbəxt vətəndaşına çevrilə bilsin". Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Anar İsgəndərov Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində müharibədən əziyyət çəkmiş, yaxınlarını itirmiş ailələrə göstərilən dövlət qayğısı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və minlərlə azərbaycanlı əsgər zabiti, ölkə əhalisi bu müharibədə şəhid olub və yaralanıb, lakin, Azərbaycan dövləti müharibədən əziyyət çəkmiş və yaxınlarını itirmiş ailələrə lazımı dəstəyini göstərir:
"Azərbaycan dövləti onun iqtisadi qüdrəti artdıqca öz vətəndaşları ilə bağlı lazım olanları edir. Bu mənada müharibədə şəhid olanların ailələrinin, müharibədə yaralanmış və zədə almış insanların maddi durumu ilə bağlı dövlət səviyyəsində tədbirlər görülür. Azərbaycanın dövlət başçısı da fəxrlə vurğuladı ki, müharibə nə qədər amansız, qəddar bir hadisə olsa da söhbət vətəndən gedirsə, vətəni qorumaq üçün əlimizdən gələni etməliyik, hətta, vətən yolunda şəhid olmalıyıq".
Millət vəkili bildirib ki, ölkədə müharibə iştirakçılarının ailələri, yəni, şəhid ailələri dövlət tərəfindən hərtərəfli qarğı ilə əhatə olunur və bu gün Azərbaycan bəlkə də dünyanın yeganə dövlətidir ki, müharibədə şəhid olan insanlarla bağlı birdəfəlik yardımların verilməsini təmin edib:
"Bu da o deməkdir ki, dövlətin iqtisadi gücü artdıqca dövlətimiz öz vətəndaşlarına, o cümlədən, müharibədə şəhid olan insanların ailələrinə münasibəti kifayət qədər effektlidir və hər bir əsgər, hər bir zabit bilir ki, o vətən uğrunda döyüşməyə borcludur. Əgər bu döyüşdə şəhid olsa belə onun ailəsi ilə bağlı heç bir problem yaşanmayacaq. Onun ailəsi dövlət qayğısı və dövlət təminatındadır. Dövlət öz vətəndaşına əlindən gələn yardımı edir ki, o da azad və müstəqil Azərbaycanın xoşbəxt vətəndaşına çevrilə bilsin".
banner

Oxşar Xəbərlər