• çərşənbə, 24 Aprel, 16:18
  • Baku Bakı 27°C

Dövlət Dumasının komitə sədri: “Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsini istəyən düşmənlərimiz var”

15.10.17 12:45 1623
Dövlət Dumasının komitə sədri: “Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsini istəyən düşmənlərimiz var”
"Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq”.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, bunu Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət DumasınınMDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.
Assambleyanın əhəmiyyətindən danışan rusiyalı deputat qeyd edib ki, bu cür forumlar iki ölkə arasında əlaqələrin inkişafına təkan verir: "Assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədriOqtay Əsədovilə söhbətimiz oldu, biz Rusiya və Azərbaycan parlamentlərinin iki komitəsinin Bakıda keçiriləcək iclası və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sonunda Azərbaycana səfəri ilə bağlı məsələləri müzakirə etdik. Tədbirlərdə iqtisadi və humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişafı diqqət mərkəzində olacaq, təcrübə mübadiləsi aparacağıq”.
L. Kalaşnikov Azərbaycanda rus dilinə qayğı ilə yanaşılmasında prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb: "Bu yaxınlarda Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu” konfransında mədəni əlaqələrimizdən, Azərbaycanda rus dilinin inkişafına qayğıdan da danışdıq. Mən özüm yayda Azərbaycanda oldum. Çox gözəl istirahət etdim. Azərbaycanda elə bir şərait yaradılıb ki, rusiyalı orada özünü evindəki kimi hiss edir”.
banner

Oxşar Xəbərlər