• cümə, 29 Mart, 18:38
  • Baku Bakı 14°C

Dövlət Dumasının deputatı: Azərbaycanda rusdilli məktəblərin sayı digər MDB ölkələrindəkinə nisbətən daha çoxdur

14.02.20 16:27 1264
Dövlət Dumasının deputatı: Azərbaycanda rusdilli məktəblərin sayı digər MDB ölkələrindəkinə nisbətən daha çoxdur
Azərbaycanda tədrisin rus dilində aparıldığı məktəblərin sayı digər MDB ölkələrinin göstəricilərindən xeyli çoxdur. Bu sözləri Dövlət Dumasının deputatı Boris Çernışov deyib. "Bir vaxtlar Sovet İttifaqının tərkibinə daxil olan, həm iqtisadi dəstək tədbirləri, həm də istehsal, sənayeyə dəstək nöqteyi nəzərindən kömək etdiyimiz, kredit verdiyimiz qonşu respublikalarda nə baş verdiyi barədə də danışmaq istərdim. Ancaq bu ölkələrdə rus dilinin inkişafı və yayılması heç də həmişə lazımi səviyyədə olmur. Azərbaycanda isə əksinə, digər ölkələrlə (postsovet məkanında) müqayisədə çox sayda rusdilli məktəb var. Digər ölkələrdə isə bu məktəblər bağlanır”, - deyə Çernışov Dövlət Dumasının iclasında bildirib. Deputat qeyd edib ki, keçmiş Sovet İttifaqının bir çox ölkələrində rus mədəniyyəti və rus dilinin təsiri azalmaqdadır. "Abidələrin açılması yaxşıdır, ancaq kitab mağazalarına gələndə görürük ki, ingilis dilində olan ədəbiyyatın sayı rus dilində olan kitabların sayını əvəz edir. Bu, daim üzləşdiyimiz və bu mövqeyi əks etdirdiyimiz böyük problemdir", - deyə o əlavə edib. Ekspertlərin fikrincə, Çernışov Rusiyanın rus dilində məktəblərin demək olar ki, olmadığı bəzi MDB ölkələrinə göstərdiyi dəstək, o cümlədən maliyyə dəstəyindən danışarkən, Ermənistanı nəzərdə tuturdu.

banner

Oxşar Xəbərlər