AZE | RUS | ENG |

Dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub

Dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə diskussiya keçirilib

Aİİ-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (www.1905.az) birgə layihəsi çərçivəsində Ümummili Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə sonuncu diskussiya keçirilib. Ötən diskussiyalarda  "Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər”, "Heydər Əliyev və multikultural dəyərlər”, "Heydər Əliyev və dövlət-din münasibətləri”, "Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, "Azərbaycanın İslam həmrəyliyindəki rolu”, "Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”, "Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, "Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi”, "İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusunda "dəyirmi masa”lar təşkil edilib. 
 
Diskussiyada Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Aİİ-nin müəllimi, dosent Anar Qafarov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev, Mərkəzin əməkdaşı Gündüz Nəsibov iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasəti Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Azərbaycan Dövlətinin gənc nəslin sağlam ruhda böyüməsinə, savadlı və bilikli hazırlanmasına xüsusi önəm verdiyini bildirən rektor  C.Məmmədov  ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu qeyd edib. 

C.Məmmədov bildirib ki, cəmiyyət qarşısında İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanlara düzgün məlumat vermək, sağlam dini maarifləndirmə aparmaq kimi vəzifələr durur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Aİİ-nin təsis edilməsi dövlət müstəqilliyimizin bərpasından sonra, din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.

Aİİ-nin dosenti A.Qafarov bildirib ki, maarifləndirmə işinin təşkili üçün ailə institutunun sağlam əsaslar üzərində qurulmasına, dini dəyərlərin insanlara düzgün çatdırılmasına böyük ehtiyac vardır. Ali təhsil müəssisəsinin ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş gördüyü bildirilib.

İnstitutun gələcək fəaliyyətindən danışan Aİİ rektoru C.Məmmədov dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verildiyini vurğulayıb. Gələcəkdə rus və ingilisdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin İnstitutda təhsilə cəlb olunmaları, eyni zamanda, xarici dilləri yüksək səviyyədə bilən mütəxəssislərin hazırlanması nəzərdə tutulub. Rektor,  həmçinin qeyd edib ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri də dərsliklərin, dini ədəbiyyatların, əlyazmaların nəşri, ölkəmiz haqqında ərəb dilində kitabların Azərbaycan dilinə tərcüməsidir.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157