• cümə, 19 Aprel, 05:52
  • Baku Bakı 18°C

Dövlət Departamentindən azərbaycanlı jurnalistin deportasiyasına Münasibət

08.02.14 08:39 1125
Dövlət Departamentindən azərbaycanlı jurnalistin deportasiyasına Münasibət
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına münasibət bildirib. APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, ABŞ bu hadisənin bütün detalları ilə bağlı məlumata malik deyil, lakin onun ölkəsi hər zaman dünyada söz azadlığının müdafiəçisi olub və olmaqda davam edir: "Biz ümid edirik ki, Türkiyə söz, toplaşma və birləşmə azadlıqlarını qoruyacaq. Hesab edirik ki, müstəqil və plüralist KİV sağlam və güclü demokratiya üçün həlledici əhəmiyyətə malikdir”.
Xatırladaq ki, Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus, ingilis dilində nəşr edilən "Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun "Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.
banner

Oxşar Xəbərlər