• cümə, 29 Mart, 19:02
  • Baku Bakı 14°C

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq raket əleyhinə kompleksin satışını bəyənib

07.10.17 09:05 819
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 15 milyard dollarlıq raket əleyhinə kompleksin satışını bəyənib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına raket əleyhinə 15 milyard dollarlıq"THAAD" kompleksinin satışını bəyənib.
"Report"un məlumatına görə, bu barədə "France Presse" Dövlət Departamentinə istinadən xəbər verib.
Qeyd edilir ki, servis xidmətinin xərcləri nəzərə alınaraq müqavilənin ümumi qiyməti, ehtiyat hissələrinin və avadanlığın çatdırılması ilə birlikdə15 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül-Əziz Əl Səud monarxın Vaşinqtona səfərini razılaşdırıblar.
banner

Oxşar Xəbərlər