• çərşənbə, 24 Aprel, 13:05
  • Baku Bakı 27°C

Dövlət Departamenti: “Rusiya Hələbə endirilən hava zərbələrinə görə məsuliyyət daşıyır”

23.11.16 11:03 958
Dövlət Departamenti: “Rusiya Hələbə endirilən hava zərbələrinə görə məsuliyyət daşıyır”
Rusiyaya məxsus təyyarələr Hələbdəki xəstəxanalara zərbələr endirməmiş olsalar belə, Rusiya həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki MoskvaSuriyarejiminə təsir etmək imkanına malikdir.
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
"Əvvəllərdə qeyd etdiyim kimi, zərbələri ya Rusiya, ya daSuriyatəyyarələri endirib. Zərbə endirənSuriyatəyyarələri olmuş olsa belə, Rusiya yenə də həmin zərbələrə görə məsuliyyət daşıyır, çünki MoskvaSuriyarejiminə təsir etmək imkanına malikdir”, - deyə Kirbi qeyd edib.
Onun sözlərinə görə, bu iddiaları və ittihamları Rusiyanın ünvanına ABŞ irəli sürməyib, onu bir çox beynəlxalq humanitar təşkilatlar günahlandırıb: "Xəstəxanalara zərbələr endirilib, lakin bunu nə ABŞ, nə də koalisiya edib. Bunu yaSuriya, ya da Rusiya təyyarələri edib”.
banner

Oxşar Xəbərlər