• cümə, 19 Aprel, 08:11
  • Baku Bakı 13°C

Dövlət Departamenti: ABŞ Suriya müxalifətinə silah yardımı göstərməyəcək

08.12.16 09:51 919
Dövlət Departamenti: ABŞ Suriya müxalifətinə silah yardımı göstərməyəcək
Rəsmi VaşinqtonSuriyamüxalifətinə silah yardımı göstərməyəcək.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.
"Biz çox açıq və aydın şəkildə bəyan etmişik ki,Suriyamüxalifətinə silah yardımı göstərməyəcəyik. Biz siyasi həll yoluna üstünlük veririk. Məhz bu məqsədlə çoxtərəfli formatda dialoq prosesini davam etdiririk”, deyə M.Toner bildirib.
banner

Oxşar Xəbərlər