• şənbə, 20 Aprel, 15:57
  • Baku Bakı 23°C

Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir

13.07.18 09:22 364
Dövlət Departamenti: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir
ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək "Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. APA-nın xəbərinə görə, bunu "RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.

Onun sözlərinə görə, ABŞ "Şimal axını-2” layihəsinə qarşı çıxış edir: "Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və stabilliyi pozacaq, xüsusilə bu Ukraynaya ciddi təsir edəcək”.

"Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və tədarükçü ölkələr üzrə yanacaq tədarükünün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək "Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - deyə Vinsent Kampos qeyd edib.
banner

Oxşar Xəbərlər