• çərşənbə axşamı, 23 aprel, 14:47
  • Baku Bakı 24°C

Dövlət büdcəsi hesabına icbari tibbi sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi qaydası müəyyənləşib

19.03.20 22:30 1054
Dövlət büdcəsi hesabına icbari tibbi sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi qaydası müəyyənləşib
Nazirlər Kabineti "İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qaydalar 2020-ci ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, AzərbaycanRespublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş icbari tibbi sığorta haqqınınmərhələli şəkildədövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.
Sığorta haqqının adambaşına məbləğiNazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.Sığorta haqqının ümumi məbləği nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yerivə ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır. İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə vəİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.
Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir.Maliyyə Nazirliyi bu Qaydada ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir. Bu Qaydada göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həminbölgüdə müvafiq dəyişikliklər edilir.
Maliyyə Nazirliyinə sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla 10 gün müddətində təsdiq etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər