AZE | RUS | ENG |

Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib

Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, "Gənc Velosipedçilər” İctimai Birliyi və "Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə "Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq "Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.

100-dən artıq velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür tədbirlərin keçirilməsinə dəstək verir. Belə bir yürüş noyabr ayının 8-də Cəlilabad rayonunda da təşkil edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163