• cümə axşamı, 28 mart, 17:21
  • Baku Bakı 16°C

Dövlət Bayrağı Günü ilə bağlı neçə gün iş olmayacaq? - Açıqlama

21.10.13 14:44 1952
Dövlət Bayrağı Günü ilə bağlı neçə gün iş olmayacaq? - Açıqlama
“Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü olacaq”. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
A. Əlinin sözlərinə görə, noyabrın 9-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 10 və 11-i də istirahət edəcəklər.
Qeyd edək ki, prezident İlham Əliyevin 2009-cu il tarixli sərəncamı ilə Dövlət Bayrağı Günü təsis edilib və həmin gün qeyri-iş günü hesab olunur.
banner

Oxşar Xəbərlər