• şənbə, 20 Aprel, 12:21
  • Baku Bakı 23°C

Dövlət başçısı Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

15.12.17 12:45 1322
Dövlət başçısı Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidentiİlham ƏliyevSumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub.
Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.
Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb.
banner

Oxşar Xəbərlər