• cümə, 29 Mart, 01:01
  • Baku Bakı 7°C

Dövlət başçısı: “Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”

08.02.18 15:10 560
Dövlət başçısı: “Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”
"Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Dövlət başçısı deyib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: "Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb.
Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraqBMTTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir”.
banner

Oxşar Xəbərlər