• cümə axşamı, 28 mart, 14:21
  • Baku Bakı 16°C

Dövlət başçısı: “Laçını bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir”

01.12.20 14:00 416
Dövlət başçısı: “Laçını bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir”

"Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun”.
APAxəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində deyib.
Dövlət başçısı əlavə edib ki, 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi:"Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.
banner

Oxşar Xəbərlər