Dövlət başçısı isveçrəli həmkarını təbrik edib
APA-nın xəbərinə görə, məktubda Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf etməkdə olduğu vurğulanıb: “Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.