• cümə axşamı, 25 aprel, 20:31
  • Baku Bakı 21°C

Dövlət başçısı İlham Əliyev Koreya prezidentinə başsağlığı verib

27.01.18 12:05 684
Dövlət başçısı İlham Əliyev Koreya prezidentinə başsağlığı verib
Azərbaycan prezidentiİlham ƏliyevKoreyada Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Koreya prezidenti Mun Ce-inə başsağlığı verib.
APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

banner

Oxşar Xəbərlər